Böyük At bürcü

Pegasus созвездие Большой Лошади
böyük adam
Böyük Ayı bürcü
OBASTAN VİKİ
Böyük Ayı bürcü
Böyük Ayı bürcü (lat. Ursa Major)— Adətən göyün şimal yarımkürəsində axşamçağı görünür. Quyruq hissəsi qulplu abgərdəni xatırladır.Bu asterizm Böyük Abgərdən adlanır.Ona Alkaid, Alkor, Aliot, Dabi, Meqrez, Merak və Mizar daxildir. Elə bu asterizmə görə də çox asanlıqla ayırd edilir. Ən parlaq ulduzu maqnitudu 1.76 olan Aliotdur. Böyük Ayı bürcü Yerdən görünən ən parlaq bürclərdən biridir. Görünüşünə görə müxtəlif xalqlar tərəfindən müxtəlif adlarla adlandırılırdı: abgərdən, oraq, araba, yeddi müdrik və s.
.at
.at — Avstriyanın internet kodu.
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. 7 müasir və 1 nəsli kəsilmiş növü var. Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü Kvaqqa (Equus quagga) növü Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Dolça bürcü
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Oğlaq bürcü
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
Əkizlər bürcü
Üçüncü bürcü olan Əkizlər 21 May - 21 İyun tarixləri arasında doğulanlara təsir edir. Hava elementinin və Merkuri planetinin təsiri altında olan bürcdür. Hava elementinin dəyişkən xüsusiyyətləri Əkizlərin maraqlı, ağıllı və dəyişməyə açıq xarakterini formalaşdırır. Zehni fəaliyyət, ünsiyyət və məlumat vermək bu işarə üçün həyati əhəmiyyət daşıyır. Merkuri planetinin himayəsi Əkizlərə ünsiyyət qurmaq, tez düşünmək və problemləri həll etmək bacarığı verir. Bu işarənin ambivalent və dəyişkən təbiətinə də təsir göstərir. Əkizlərin ruhu kəpənəyin qanadlarının çırpınması kimi yüngül, zərif və daim dəyişəndir. Ölkələrinin dünyasında, gizləndiyi yerdə sözlər və sonsuz imkanlar labirintinə bənzəyir.Bilik Əkizlər üçün nəfəssiz hava kimidir. Daim oxumaq, araşdırmaq və yeni şeylər öyrənmək onlar üçün həyati əhəmiyyət kəsb edir. Əkizlər bürcü sözlərin sehrli alət kimi dizaynından xəbərdardır.
Qız bürcü
Qız (lat. Virgo) — zodiakal bürc.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
AT klaviaturası
AT klaviaturası (ing. AT keyboard) IBM PC/AT kompüterlərinin dəstinə daxil edilmiş 84 klavişli klaviatura. Sonradan IBM-in genişləndirilmiş klaviaturası (101/102 klavişli) ilə əvəz edilmiş AT klaviaturası PC klaviaturası ilə, demək olar ki, eynidir, ancaq bəzi özəllikləri var: sağ yuxarı küncdə yerləşən əlavə <Sys Req> klavişinə malikdir, <Enter> klavişinin ölçüləri bir qədər böyüdülüb, klavişlərin yerləşməsi bir qədər dəyişdirilib, belə ki, <Escape> klavişi sol yuxarı küncdən sağ yuxarı küncə, tərs əyik cizgi (\) isə sol aşağı küncdən sağ yuxarı küncə köçürülüb. Orijinal PC klaviaturasından fərqli olaraq, bu cür yerləşmə standart yazı makinasındakı kimi olduğundan yığım üçün daha əlverişlidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
At (Unix)
At — Unix əməliyyat sistemlərində hər hansı işi gələcəkdə bir dəfə çağırmaq üçün istifadə olunan komandadır.
At (şahmat)
At — Şahmat fiquru. Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
At antilop
At antilop (lat. Hippotragus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid cins.
At askaridi
At askaridi (lat. Parascaris equorum) — heyvanlar aləminin yumru qurdlar tipinin xromadoreyalar sinfinin askaridkimilər dəstəsinin askaridlər fəsiləsinin parascaris cinsinə aid heyvan növü. At askaridi atların nazik bağırsağında parazitlik edir. Bunlarda bədən qurdvarı formada olub, ucları sivridir. Dişi fərdlərdə bədənin hər iki ucu düz, erkək fərdlərdə isə arxa uc qarın tərəfə dogru qarmaq kimi əyilmişdir. Dişi fərdlər erkəklərə nisbətən uzun olur. Bədənin ön tərəfində ağız dəliyi terminalı yerləşir. O Üç kutikulyar dodaqla əhatə olunmuşdur. Daxili orqanlar ilk bədən boşluğunda yerləşir. İlk bədən boşluğu maye ilə dolu olur.
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
At paxlası
Vicia faba (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. Faba faba (L.) House Faba vulgaris Moench Orobus faba (L.) Brot. Vicia esculenta Salisb.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
At təlimi
At təlimi, At tərbiyəsi (fr. dresaj tələffüzü: ˈdrɛsɑʒ/, tərbiyə, təlim etmək mənasınıdadır) atçılıq idmanının bir növü. Atı idarə etmək bacarığının ən ali forması, ali atsürmə məktəbi. Yarışlar zamanı at və süvari tərəfindən atsürmə, elementləri: yorğa, ispan yürüşü, pasaj, düzgün duruş, yerində sayma nümayiş etdirilir. Çapar bu zaman müxtəlif templərdə atın məşq hazırlığını, onun atletikliyini, hərəkətləri icra etmək, qamətin düzgün saxlanılması bacarığını nümayiş etdirməlidir. Bu yarışma iki: həvəskar və peşəkar formada keçirilir. At təlimi ya dresaj olimpia idman növüdür. İki cür: kiçik və standart meydança mövcuddur. Hər bir meydança arena çərçivəsində hərəkətlərin harada icra olunacağını bildirmək üçün hərflərlə işarələnmişdir. Kişik arena 20m en və 40 m uyunluğa malikdir.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Qara at
Qara at (ing. Dark horse) — əvvəlcə qələbə iddiası üçün müzakirə olunmayan, birdən-birə güclənən namizəd və qələbə üçün iddiaçı. İlk dəfə konserpt Benjamin Dizraelinin "Cavan Hersoq" (1831) novellasında qeyd olunub.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Vəhşi at
Vəhşi at (lat. Equus ferus) — at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan növü. Vəhşi at müasir atların əcdadı hesab olunur. Vəhşi atların bir neçə yarımnövü mövcud olmuşdur. Onlardan yalnız 3-ü dövrümüzədək yaşamağı bacarmışdır. Ev atı (Equus ferus caballus). XVII-XVIII əsrlərdə xalq seleksiyası yolu ilə yaradılmış Qaradağ atları da bu yarımnövə aiddir. Tarpan və ya Avrasiya vəhşi atı (Equus ferus ferus). Avropa və Asiyada yaşamışlar. Tarpanın demək olar ki XIX əsrin sonlarında nəsli kəsilmişdir və sonuncu fərd 1918-19-cu illərdə Ukrayna zooparklarının birində ölmüşdür.
At (dəqiqləşdirmə)
At